
Az.shafaqna.com REGNUM-a istinadən xəbər verir ki, Ukrayna Krımın su ilə təminatı məsələsində Rusiya ilə müharibənin lazım gələcəyi ssenarini gözdən keçirmir.
Bunu Ukrayna prezident ofisinin başçısı Andrey Yermak bildirib.
“Xeyr. O (müharibə – red.), olmayacaq. Hesab edirəm ki, bu, cəmiyyətdə mövcud olan manipulyasiyadır”, – deyə Yermak Rusiya ilə mümkün münaqişəyə dair şayiələri təkzib edib.
“Gəlin açıq danışaq: bu gün su Krımda yaşayan insanlar üçün çayır”, – deyə o, qeyd edib.
Ukrayna rəsmisi yarımadanın bir gün Ukrayna tərkibinə geri dönəcəyinə ümidini də ifadə edib.






























