İraqın Nəcəf şəhərində İŞİD liderlərindən biri həbs olunub

206
0

“Haşdi Şabi” İraqın Nəcəf şəhərində İŞİD liderlərindən birini həbs etdiyini açıqlayıb.

Az.shafaqna.com “Rasthaber Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə “Haşdi Şabi”nin informasiya qrupu məlumat yayıb.

Məlumata görə, “S.S.A” adlı terrorçu Nəcəfdə həyata keçirilən əməliyyat zamanı həbs edilib.

Qeyd edilir ki, həbs olunan şəxs cinayət məcəlləsinin 4 maddəsinə əsasən ittiham əsasnda saxlanılıb.

Xatırladaq ki, “Haşdi Şabi” bu həftədən etibarən Diyalə, Səlahəddin və Əl-Ənbar vilayətlərində İŞİD-in gizli terrorçularına qarşı əməliyyat həyata keçirir.