
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin dağılma təhlükəsi ilə üzləşdiyini bildirib.
O, yerli KİV-lərlə görüşdə müstəqilliyin qorunub saxlanılmasını əsas məsələ adlandırıb.
“İnsan istəmir ki, təkcə mənim yox, bizim öz əllərimizlə yaratdığımız hər şey sabah məhv olsun və kimsə gəlib təcrübələr keçirsin”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, Belarusdakı dəyişikliklər “konstitusiyadan gəlməlidir, meydandan yox”. Əks halda, o bildirib ki, ölkə öz tarixinin üzərindən xətt çəkəcək.






























