
Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər bütün qanuni səslər hesablanarsa, o, prezident seçkilərinin qalibi olacaq.
“Əgər qanuni səslər hesablansa, mən asanlıqla qalib gəlmişəm”, – deyə o qeyd edib.
“Bir çox kritik mühüm ştatlarda qalib gəldiyini” əlavə edən Tramp KİV və lobbiçiləri “seçkilərə müdaxilədə” ittiham edib.
Bundan başqa, o, ölkə boyu seçkilərdən kütləvi qanun pozuntularının olduğu deyib.
“Bütün ölkə boyu narahatlığa səbəb olan bir sıra qanun pozuntuları olub”, – deyə o bildirib.
Onun sözlərinə görə, bir çox mübahisəli ştatlarda respublikaçı müşahidəçilərə müşahidəyə çıxış verilməyib.
Xatırladaq ki, 3 noyabrda ABŞ-da prezident seçkiləri keçirilib. Səslərin hesablanmasındakı təxirlərə görə qalib hələ elan edilməyib.






























