
“Hər şeyə öz adını verməliyik, seçkilər azad mühitdə keçirildi və bunu beynəlxalq müşahidəçi təşkilatları təsdiq etdilər. Geridə qalanları xalq yaxşıca başa düşür ki, Saakaşvili hər şeyi inqilaba doğru aparmaq istəyir.”, – bu barədə “Gürcü Arzusunun” üzvü, İrakli Sesiaşvili danışıb.
Az.shafaqna.com 1tv.ge-yə istinadən xəbər verir ki, İrakli Sesiaşvili dairə komissiyaları yanında baş verənlərin ictimaiyyətdə həyacan əmələ gətirmək üçün olduğunu bildirib.
“11 məntəqənin göstəriciləri hesablananda hamı gördü və hər şey üst-üstə düşdü, artıq şikayət yazan müxalifət nümayəndələri, komissiya iclaslarında iştirak etmədilər və baykot elan etdilər. Küçələrdə təxribatlar etdilər və bizim layiqli polisimizi təhqir edirlər. Bunların hamısı asan başa düşüləndi. Onlar bunların hamısını inqilaba doğru aparırlar. Sözsüz ki, bu istəklərini həyata keçirə bilməyəcəklər. Çünki bu ölkədə ictimayyət, xalqımız hər şeyi yaxşıca başa düşür, yaxşı olar ki, onlar bir milyona qədər seçiciyə hörmət etsinlər”, – İrakli Sesiaşvili əlavə edib.
Hakim partiyanın nümayəndəsi iddia edib ki, Saakaşvilini insanların sağlamlığı və həyatı maraqlandırmır.






























