Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Yunanıstanda 7 noyabrdan ümumi karantin tətbiq edilir.

Bu barədə ölkənin Baş naziri Kiriakos Mitsotakis bildirib.

Biz qərara gəldik ki, şənbə günü yerli vaxtla 06:00-dan bütün ölkə boyu koronavirusun yayılmasının qarşısının alınması üçün karantin rejimi tətbiq edilsin”, – deyə o qeyd edib.

Mitsotakis əlavə edib ki, karantin 30 noyabradək davam edəcək.