Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiyanın Çukotdaka yerləşən “Beringiya” milli parkının əməkdaşları təsadüfən itkin düşən qadına rast gəliblər.

Bildirilir ki, Rumilet buxtasında əməkdaşlar binokldan baxan zaman hərəkət edən nöqtə görüblər. Öncə onu heyvana bənzətsələr də, yaxından baxdıqda onun insan olduğunu anlayıblar. Məlum olub ki, o, 2 həftə öncə itkin düşmüş 35 yaşlı qadındır.

Qadın tundrada keçirdiyi bu iki həftə ərzində bitkilərlə qidalanaraq sağ qalıb.

Tapılan zaman o, olduqca zəifləyib və asta-asta hərəkət edirdi. Xoşbəxtlikdən, əməkdaşlar “lazımi vaxtda lazımi yerdə” olublar, çünki qadının hələ nə qədər sağ qala biləcəyi məlum deyildi. Onun tapıldığı yerdən ən yaxın yaşayış məntəqəsinə isə təxminən 20 km məsafə var idi.