Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Türkiyə Aralıq dənizinin şərq hissəsi üçün növbəti “Navtex” beynəlxalq bildirişini elan edib.
Sözügedən bölgədə “Barbaros Hayreddin Pasha” seysmoqrafik gəmisi işlər aparacaq.
İşlər 2021-ci il 16 fevraladək davam edəcək.
Adıçəkilən gəmi “Tanux-1” və “Apollo Moon” gəmilərinin müşayiəti ilə qərb sektorunda olacaq.
“Barbaros Hayreddin Pasha” seysmoqrafik gəmisi daha öncə Kipr sahillərində işlər aparıb.
İngilis dilində NAVTEX — “NAVigational TEXt Messages“ – beynəlxalq avtomatikləşdirilmiş xəbərdar etmə sistemi deməkdir. Bu sistemdən dənizçilərə meteoroloji proqnozların çatdırılması və lazım gəldiyi zaman xəbərdarlıqlar edilməsi üçün istifadə olunur.
Bu məqaləni paylaş