
Az.shafaqna.com rus mediasına istinadən xəbər verir ki, Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub.
Tərəflər koronavirusla bağlı vəziyyəti, həmçinin Rusiyanın “Sputnik V” vaksininin Belarusa tədarükünü də müzakirə ediblər.
Putin və Lukaşenko müttəfiqlik əlaqələrinin möhkəmlədilməsi ilə bağlı fikirlərini təsdiq edib.
Bundan başqa, iki dövlət başçısı Belarusdakı mövcud siyasi vəziyyət, Qarabağdakı vəziyyət barədə də fikir mübadiləsi aparıblar.






























