Mingəçevirdə avtomobil təmiri sexində yanğın olub

Az.shafaqna.com xəbər verir ki, Mingəçevirdə avtomobil təmiri sexində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ümumi sahəsi 100 m² olan bir dam altında tikilən avtomobil təmiri sexlərindən birinin lambirindən ibarət tavanı 20 m² sahədə, içərisində təmirə dayanan “LADA” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb.

Yüksək temperaturdan digər sexin lambirindən ibarət tavanı 8 m² sahədə qarsalanıb. Avtomobilin qalan hissəsi, bitişik sexlər və yaxınlıqdakı yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş