Alex Brandon/AP Photo

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, respublikaçıların namizədi Donal Tramp ABŞ prezident seçkilərində qalib gəldiyini bəyan edib.

Biz gözləmədiyimiz ştatlarda qalib gəldik… Biz bu seçkilərdə qalib gəldik”, – deyə o bildirib.

Tramp həmçinin deyib ki, onun seçkilərdəki qələbəsini “oğrulamağa çalışırlar”.

Biz böyük yüksəlişdəyik, lakin onlar seçkiləri oğrulamağa çalışırlar. Biz heç vaxt onlara bunu etməyə imkan verməyəcəyik. Məntəqələr bağlandıqdan sonra səslər göndərilə bilməz”, – deyə o bildirib.

Bundan başqa, Tramp seçkilərdən böyük fırıldaqların olduğunu və onunla mübarizəyə hazır olduğunu da dilə gətirib.

Bu, ölkəmizdəki böyük fırıldaqdır. Biz istəyirik ki, qanun lazımi şəkildə istifadə edilsin. Odur ki, biz ABŞ Ali məhkəməsinə müraciət edəcəyik”, – deyə Tramp qeyd edib.

Xatırladaq ki, hazırda ABŞ prezident seçkilərinin nəticələri hesablanmaqdadır.