Az.shafaqna.com “Hansons Auctioneers”-ə istinadən xəbər verir ki, Böyük Britaniyada Viktorian dövrünün vampir ovçusunun mücrüsü satışa çıxarılıb.

Əsrarəngiz sandıqcanın sahibi Qərbi Midlenddə yaşayır və kimliyinin anonim qalmasını istəyir.

Mən onun tarixçəsi haqqında, demək olar ki, heç nə bilmirəm”, – deyə o etiraf edir.

O, mənim kolleksiyama 3 il əvvəl daxil olub. Mən bu mücrünü Nyuarkdakı böyük əntiqə əşyalar bazarından almışam. Onun Qotik üslubundan xoşum gəldi, içərisinə baxanda, anladım ki, onu əldə etmək məcburiyyətindəyəm”, – deyə o qeyd edib.

Sandıqca açarla bağlanır və al-qırmızı ipəklə işlənib.

Onun içərisində isə kiçik tapança, naməlum tərkibli dərman şüşəsi, təsbeh, 3 ədəd xaç, 3 ədəd şüşə flakon, cib bıçağı, akula dişləri olan qab və Əhdi-Cədid var.

“Hansons Auctioneers” hərrac evindən hesab edirlər ki, bu mücrü 2-3 min funt sterlinqə satılacaq.