
YAP-ın növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq.
Az.shafaqna.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O qeyd edib ki, 2021-ci ildə Yeni Azərbaycan Partiyasının qurultayında partiyanın yeni nizamnaməsi təsdiq olunmuşdu və həmin nizamnaməyə əsasən, prezidentliyə namizədin irəli sürülməsi səlahiyyəti İdarə Heyətinə verilib.






























