Azərbaycan MN: Xocavənd ətrafındakı döyüşlərdə düşmən tankları məhv edildi – VİDEO

72
0

Noyabrın 3-də cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənin tank bölmələrini döyüş meydanından qaçmağa məcbur edib.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bölmələrimizin dəqiq atəş zərbələri ilə düşmənin bir neçə tankı döyüş heyəti ilə birlikdə məhv edilib.

Düşmən tanklarının məhv edilməsi anlarını əks etdirən videosujeti təqdim edirik.