Az.shafaqna.com xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun kəndlərindəki mülki infrastrukturu artilleriya atəşinə tutmaqda davam edir.

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı məlumat verib.

Düşmən tərəfindən rayonun Mirəşirli və Əhmədağalı kəndləri ərazisinə ümumilikdə 30-a yaxın top mərmisi düşüb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.