Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan ərazisindəki restoranlar 22:00-dək işləyəcəklər.

Bu barədə ölkənin regional inkişaf və ifrastruktur naziri, Baş nazirin müavini Maya Tsxitişvili bildirib.

Tbilisi, Kutaisi, Mtsxeta və Batumidə restoranların işi 22:00-dək məhdudlaşdırılmışdı. Bu şəhərlərdəki bütün qidalanma məntəqələri 22:00-dək açıq idi, lakin, restoran və orada orada keçirilən tədbirlərdə olduqca yüksək yoluxma sayının olmasını nəzərə alaraq, bu gün qərar qəbul etdik ki, bütün ölkə boyu restoranlar 22:00-dək işləyəcək”, – deyə o, qeyd edib.