
Az.shafaqna.com “Islam Today”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı rəhbərliyi müqəddəs məkanların ziyarətinin bərpasının 3-cü mərhələsinə başlayıb.
Məkkə şəhərindəki Məscidül-Həram və Mədinə şəhərindəki Peyğəmbər (s) məscidi Səudiyyə Ərəbistanı hüdudlarından kənarda yaşayan müsəlmanlar üçün açılıb.
Ümrə ziyarətini yerinə yetirən xarici zəvvarlar 10 günlüyə krallığa gələcəklər. Gələn kimi dərhal COVID-19 testi verəcəklər, bundan sonra isə 3 günlük özünütəcridə göndəriləcəklər.
Ümrə ziyarəti hələ ki, 50 yaşdan aşağı insanlar üçün icazəlidir.
Əcnəbi zəvvarlar daimi tibbi nəzarət altında olacaqlar.
Qeyd edilir ki, Səudiyyə Ərəbistanına artıq 10 min zəvvar gəlib.
Ümrə ayinlərini yerinə yetirərkən onlar 20 nəfərlik 500 qrupa bölünəcəklər.
Bildirilir ki, bu tədbirlər pandemiya bitənədək və onunla bağlı olan məhdudiyyətlər tam ləğv edilənədək davam edəcək.






























