Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Çinin bir sıra cənub, cənub-qərb, şərq və mərkəzi əyalətlərində güclü yağışın səbəb olduğu daşqınlar 30 milyondan çox insana təsir edib.

140 insan ölmüş və ya itkin düşmüş hesab edilir.

Hökumət fəlakət zonasından 1,7 milyondan çox insanı təxliyə edib, 600 mindən çox insanın isə humanitar yardıma ehtiyacı var.

Təbii fəlakət nəticəsində 270 min yaşayış tikilisi dağılıb və ya zərər görüb.

İqtisadi zərərin məbləği təxminən 8,9 milyard dollar təşkil edir.