
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, sabahdan – 4 noyabrdan Gürcüstanda həm qapalı, həm də açıq məkanlarda maskadan istifadə vacib olacaq.
Bu barədə ölkənin regional inkişaf və ifrastruktur naziri Maya Tsxitişvili bildirib.
Onun sözlərinə görə, bu, vətəndaşları koronavirusa yoluxmadan ən yaxşı qoruyan yeganə vasitədir.
Nazir qeyd edib ki, qapalı məkanlarda olduğu kimi, açıq məkanlarda da maska taxmayan şəxslər 20 lari cərimə ediləcəklər.






























