
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində həyatını itirənlərin sayı 100-ü keçib.
Bu barədə Türkiyənin Fövqəladə Hal və Təbii Fəlakət Agentliyi (AFAD) məlumat verib.
“Ən son məlumatlara görə, yeraltı təkanlar nəticəsində 102 nəfər dünyasını dəyişib, 1026 nəfər xəsarət alıb”, – deyə qeyd edilib.
Hazırda 143 nəfəri xəstəxanalardan müalicə aldığı əlavə edilib.
Xatırladaq ki, 30 oktyabrda İzmir sahillərində 6,6 bal gücündə dağıntılara səbəb olan zəlzələ baş verib.






























