
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqı (BTMİ) elan edib ki, dağsiçanı (xomyak), şimal hamar balinası yox olma təhlükəsi ilə üzləşib. Həmçinin lemurların təxminən 33%-i də eyni təhdidlə qarşı-qarşıyadır.
Bildirilir ki, BTMİ-nin Qırmızı kitabına daxil edilən növlərin sayı 120 mini keçərək 120 372 olub.
Avropa dağsiçanı da (Cricetus cricetus) yox olma təhlükəsi ilə üzləşib. Qeyd edilir ki, sayın azalmasına səbəb növün çoxalmasının, ötən əsrlə müqayisədə, 4 dəfə azalmasıdır. Hələ ki, bu azalmasının səbəbi bəlli deyil. Əgər dağsiçanları sürətlə doğub törəməsələr, növ 30 ildən sonra yox ola bilər.
Şimal hamar balinası da (Eubalaena glacialis) oxşar təhlükə ilə üzləşib. 2011-ci ildə onun sayı 11% azalıb və hazırda 250-dən az yetkin fərd qalıb. Balinaların ölüm səbəbi balıq torları, gəmilərlə toqquşma və çoxalma sürətinin azalmasıdır.
Bundan başqa, tezliklə lemurların 33 növü və yox ola bilər. Bunun əsas səbəbi Afrika və Madaqaskarda meşələrin qırılması və ovdur.






























