
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, bu gün – 1 noyabrda Moldovada prezident seçkiləri keçirilir.
Yerli vaxtla saat 07:00-da ölkə ərazisindəki 2 mindən çox seçki məntəqəsi, həmçinin xaricdə olan 139 məntəqə fəaliyyətə başlayıb.
İlk turdakı gəliş həddi 33,3% təşkil edir.
Pandemiya təhlükəsinə görə bütün seçicilərə qoruyucu maskalar verilir.
Seçki məntəqələrində təhlükəsizliyin qorunmasına 6 minə yaxın polis əməkdaşı cəlb edilib.
Seçki prosesinə təxminən 1900 yerli və 309 əcnəbi beynəlxalq müşahidəçi nəzarət edir.
Moldova qanunvericiliyinə əsasən, prezident seçkilərinin qalibi səslərin yarıdan çoxunu toplayan şəxsdir. Əgər bu hədd keçilməsə, 2 həftə sonra seçkilərin ikinci mərhələsi keçiriləcək, bu seçkilərdə isə ən çox səs toplayan qalib elan ediləcək. 2-ci mərhələ üçün gəliş həddi təyin edilməyib.
Seçki məntəqələri 21:00-da bağlanacaq.






























