
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, NATO missiyası çərçivəsində Əfqanıstanda xidmət edən 28 Gürcüstan hərbçisinin COVID-19 testi müsbət çıxıb.
Onlar Almaniya HHQ-ın xüsusi reysi ilə Gürcüstana çatdırılıblar.
Gürcüstan Müdafiə Nazirliyi bildirir ki, əsgərləri almaniyalı həkimlər və digər tibbi personal müşayiət edib.
Hərbçilərinin vəziyyətinin qənaətbəxş olduğunu qeyd edilir.
“(Yoluxma) mənbəyi yerli əfqanıstanlı personalla bağlıdır”, – deyə əlavə edilib.
Məlumata görə, hərbçilər Gürcüstana çatdırılanadək xüsusi təcrid məkanlarında saxlanılıblar və bu səbəbdən də, digər Gürcüstan hərbçilərinin sağlamlığı üçün heç bir təhlükə olmayıb.






























