Az.shafaqna.com xəbər verir ki, Rusiyanın Cənub Hərbi Dairəsinin HMQ Qara Dənizin neytral sularında ABŞ Hava Qüvvələrinin kəşfiyyatçı-təyyarəsini aşkar edib.
Bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, Havadan Müdafiə Qüvvələrinin növbətçi hissəsi ABŞ kəşfiyyatçı-təyyarəsinin Rusiya Hava Məkanına girməsini xəbər verib.
Bundan sonra Rusiya Hava Qüvvələrinin qırıcıları ABŞ təyyarəsinə yaxınlaşaraq xəbərdarlıq edib.
SU-30 tipli Rus qırıcısı ABŞ Ordusunun patrul təyyarəsi Poseydon-R-8A, strateji kəşfiyyatçı-təyyarə RC-135 və yanacaq dolduran təyyarə KC-135-ya yaxınlaşıb. Bunu görən ABŞ təyyarələri Rusiya Hava sahəsini dərhal tərk ediblər.
Rusiya tərəfi belə hallar təkrarlanacağı təqdirdə daha sərt tədbirlər görəcəklərini bildiriblər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin