Az.shafaqna.com “Business Insider”-ə istinadən xəbər verir ki, mütəxəssislər zəif işləyən kompüterin işini sürətləndirməyin yolları barədə məlumat veriblər.

Kompüter proqram təminatındakı problemlərə görə zəif işləməyə başlayır. Cihazın iş sürətini bərpa etmək üçün əməliyyat sisteminin yüklənməsi ilə eyni anda açılan tətbiqlərin sayını azaltmaq lazımdır. Bunun üçün avtomatik açılan tətbiqlər siyahısından operativ yaddaş və ya prosessor gücünü çox “yeyən” tətbiqləri yığışdırmaq lazımdır.

Brauzerdəki lazımsız açıq “pəncərələri” qapatmaqla da cihaz daha yaxşı işləyəcək, çünki çox sayda “pəncərənin” açılması kompüterin ümumi məhsuldarlığına təsir edə bilir.

Həmçinin kompüterdə virusların olub-olmadığını yoxlamaq və azı bir neçə gündə 1 dəfə yandırıb-söndürmək lazımdır.

Bundan başqa, SSD-yaddaş qurğusunu da quraşdırmaq olar. Bu, saniyələr içərisində çox sayda proqramı açmağa imkan verir.

“Windows 10” istifadəçilərinə “ReadyBoost” funksiyasından istifadə məsləhət görülür. Onun köməyi ilə USB-yaddaş qurğusunu əlavə operativ yaddaş kimi istifadə etmək olar. Həmçinin “OneDrive” saxlanc yerinin işini dayandırmaq məsləhət görülür, çünki məlumatların saxlanma xidmətinin daimi sinxronlaşdırması sistemin işini zəiflədə bilər.