Türkiyə DİN başçısı və Ərdoğanın mətbuat katibi COVID-19-a yoluxub

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın COVID-19-a yoluxub.

“Mən yüngül simptomlu koronavirusun müalicəsinin sonuncu mərhələsindəyəm”, – deyə İbrahim Kalın qeyd edib və özünü yaxşı hiss etdiyini əlavə edib.

Bundan başqa, Türkiyə daxili işlər naziri Süleyman Soylu da özünün, həmçinin həyat yoldaşı və qızının da koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirildiklərini bildirib.

Süleyman Soylu deyib ki, birinci o və ailəsi evdə müalicə alsalar da, sonra həkimlərin məsləhəti ilə xəstəxanaya yerləşdiriliblər və artıq özlərini yaxşı hiss etdiklərini də əlavə edib.

Bu məqaləni paylaş