
Oktyabr ayının 30-da Türkiyənin İzmir şəhərində baş vermiş 6.6 bal gücündə zəlzələdə dünyasını dəyişənlərin sayı 51 nəfərə çatıb.
Az.shafaqna.com xəbər verir ki, bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Məlumatda qeyd edilir ki, 200-dən çox xəsarət alan şəxs xəstəxanalarda müalicə alarkən, dağıntılar altında qalan insanların xilasetmə işləri də davam edir.





























