Putin Ərdoğana başsağlığı verdi

100
0

Rusiya Prezidenti Vladimir Putin İzmir vilayətində güclü zəlzələ nəticəsində həlak olan və baş verən ciddi dağıntılarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı teleqramı göndərib. Az.shafaqna.com Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.

“Hörmətli cənab Prezident, İzmir vilayətində baş verən güclü zəlzələnin səbəb olduğu insan tələfatı və böyük dağıntılarla əlaqədar başsağlığımızı qəbul edin”, – deyə Putin qeyd edib.

Rusiya prezidenti eyni zamanda, təbii fəlakət nəticəsində bütün xəsarət alanların tezliklə şəfa tapmasını diləyib.

Qeyd edək ki, oktyabrın 30-da İzmirdə 6,6 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 25 nəfər vəfat edib, 804-ü xəsarət alıb.