
“Koalisiyayı istisna edirik, biz parlamentə solid əksəriyyətlə gələcəyik, ortalama “Gürcü Arzusu”nun 100 mandatı olacaq”.
Bunu “Gürcü Arzusu”nun sədri Bidzina İvanişvili bildirib.
Az.shafaqna.com 1tv-yə istinadən xəbər verir ki, “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvili seçkilərdə iştirak edib.
“Bu gün Gürcüstan öz seçimini edir. Gürcüstan vətəndaşlarının azad seçimi ölkə inkişafının növbəti dörd ilini və daha uzaq perspektivlərini müəyyənləşdirəcək. Mən səsimi ölkənin inkişafına, sülhə, bizim Avropalı gələcəyimizə, iqtisadi artıma, hər bir ailənin firəvanlığına və ən əsas olan, insan ləyaqətinə hörmət edilməsinə verdim. Düşünürəm ki, bu insan dəyərləri hər bir vətəndaş üçün müvafiqdir və bunu vətəndaşların əksəriyyəti dərk edir və düşünürəm ki, əhalinin əksəriyyəti bu düşüncə istiqamətində səs verəcək. Hərkəsə müraciət edirəm ki, ailəsinin gələcəyinə, ölkəsinin gələcəyinə səs versinlər və mütləq seçkiyə gəlsinlər”, -deyə İvanişvili əlavə edib.
Bidzina İvanişvili Koalisiyanı istisna etdiyini də bildirib: “Biz də hər zaman, hər yerdə stabil tədqiqatlar aparırıq. Partiya daxili tədqiqatlardan başqa, digər tədqiqatlar da mövcuddur. Əlbəttə ki, sadəcə yalan üzərində qurulan bir-iki kanalın tədqiqatlarını ciddiyə almırıq. Koalisiyayı istisna edirik, biz parlamentə solid əksəriyyətlə gələcəyik, ortalama 100 mandatı olacaq “Gürcü Arzusunun”, plyus-minus iki mandat.”






























