
Az.shafaqna.com “The Hill”-ə istinadən xəbər verir ki, “Satanist mədəbi” təşkilatı bəyan edib ki, əgər Missisipi ştatının yeni bayrağının üzərində “In God We Trust” (“Biz Tanrıya inanırıq“) cümləsi yer alarsa, ştat məhkəməyə veriləcək.
Missisipi Baş prokuroruna yazılan məktubda qeyd edilir ki, əgər ştatın bayrağında dini cümlə olacaqsa, Satanaya da işarə edilməlidir.
“Satanist məbədi” iddia edir ki, bayraqda “In God We Trust” cümləsinin olması ateistlər, satanistlər və digər qeyri-teist baxışlı insanların heysiyyatına toxuna bilər.






























