
“Sentyabrın 27-dən erməni təxribatı yalnız cəbhə bölgəsinə deyil, cəbhədən kənar rayonlara da təsir edib. Bu təxribat nəticəsində 9 şagird dünyasını dəyişib, 50-ə yaxın məktəb yararsız hala düşüb”.
Az.shafaqna.com-un məlumatına görə, bunu Azərbaycanın Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə açıqlayıb.






























