
Ermənistan ordusunun Bərdəyə qadağan edilmiş kasetli bombadan istifadə etməsilə bağlı tanınmış və nüfuzlu “Human Rights Watch” və Amnesty İnternational bəyanat yayıb.
Az.shafaqna.com təşkilatlara istinadən xəbər verir.
“Human Rights Watch” bəyan edib ki, Ermənistan silahlı qüvvələri Bərdəyə hücum zamanı beynəlxalq səviyyədə istifadəsi qadağan olunmuş kasetli döyüş sursatları və ən azı bir uzun mənzilli raket növündən istifadə edib.
Qeyd edilir ki, təşkilat zərbələrin endirildiyi yerdən yerli və beynəlxalq jurnalistlərin, sakinlərin çəkdiyi foto və video görüntüləri təhlil edib.
Hadisə yerində kaset sursatlı “Smerç” raketi və paraşütlü qəlpə-fuqas raketinin qalıqları müəyyən edilib.
Təşkilata məlum olduğu qədər, Ermənistan ordusunda “Smerç” çoxgövdəli raket qurğuları mövcuddur. Çox böyük ehtimalla qeyd etmək olar ki, bu hücumu məhz Ermənistan ordusu həyata keçirib. Ermənistan kaset sursatlarından istifadəni dayandırmalıdır:
“Bu rəhmsiz silahın beynəlxalq hüquqla qadağan olunmasının çox səbəbi var. Bu silahdan şəhərin mərkəzində istifadə olunması insanlarına həyatına və beynəlxalq hüquqa qarşı çox kobud etinasızlığın göstəricisidir”.
Bəyanatda qeyd olunur ki, təşkilatın nümayəndələri zərbənin qeydə alındığı 2 məkanı yoxlayıb, ümumilikdə 6 video, 28 fotoşəkli nəzərdən keçirib.
Amnesty International Azərbaycanın Bərdə şəhərinə edilən hücumdan sonra mövcud Dağlıq Qarabağ münaqişəsində ilk dəfə Ermənistan tərəfindən qadağan olunmuş kaset bombalardan istifadəsini təsdiqləyib.
Amnesty International-ın Böhrana Mübarizə ekspertləri şəhərə erməni qüvvələri tərəfindən atəşə tutan Rusiya istehsalı 9M55 Smerç raketlərindən 9N235 kaset parçalarının (şəhərdəki Vice News müxbirləri tərəfindən çəkilmiş) şəkillərini təsdiqləyib.
Amnesty International-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Mari Struters “mülki bölgələrə atəş açılmasını amansızlıq və vəhşilik adlandırıb.






























