
Az.shafaqna.com “The Wall Street Journal”-a istinadən xəbər verir ki, analitiklər hesab edirlər ki, 2025-ci ildə neftin qiyməti arta bilər.
“Northern Trace Capital”-ın direktoru Trevor Vuds güman edir ki, gələcəkdə neft hasilatına edilən yatırımlar azala bilər. Onun fikrincə, bu cür maliyyə təzyiqinə görə 2020-ci il üçün bir barel neftin qiyməti 150 dollara çata bilər.
Bundan başqa, “JPMorgan” analiti Kristian Malek qeyd edir ki, investisiyanın azalması neft hasilatının azalmasına da gətirib çıxara bilər. Bu halda tələbat balansının və neft bazarındakı təkliflərin qorunması üçün ciddi yatırımlar tələb olunacaq ki, bu səbəbdən də neftin qiyməti artacaq.
Üstəlik digər təhlilçilər güman edirlər ki, cari ilin əvvəlindəki enib-qalxmalardan sonra bir müddət ərzində neftə olan tələbat bərpa olmaya bilər, bu da, aşağı qiymətlərin qalmasına səbəb ola bilər.
Xatırladaq ki, OPEK+ üzvləri ortaq qərara gələ bilmədikləri üçün 6 martda neft bazarındakı qiymətlərdə kəskin eniş başladı. Lakin may ayındakı sazişdən sonra neftin qiyməti artmağa başladı.






























