Az.shafaqna.com xəbər verir ki, Azərbaycanın dünya bazarı və neft birjalarında satdığı Azeri LT CIF neftinin qiymətində dəyişiklik olub.

Azərbaycanın yüngül neftinin qiyməti 43,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,53 ABŞ dolları və ya 1,2% azdır.

İndiyə qədər “Azeri LT CIF” neftinin minimal qiyməti bu ilin aprelin 1-də (16,53 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.