
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 5 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər sağalıb.
Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.
Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 973-ə çatıb, onlardan 846 nəfər sağalıb, 15 nəfər ölüb. Karantin rejimində 4851 vətəndaş, stasionarlarda isə 231 nəfər qalır.




























