
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Azərbaycanın işğal edilmiş torpaqlarından qurulmuş qondarma Dağlıq Qarabağ rejimi növbəti itkilərinin üstünü açmaq məcburiyyətində qalıb.
Belə ki, separatçı rejim bu gün daha 51 əsgərinin Azərbaycan ordusu tərəfindən məhv edildiyini bildirib.
Beləliklə də, işğalçı qüvvə 27 sentyabrdan indiyədək 1118 itkisini etiraf edib.
Xatırladaq ki, qondarma rejim, əslində, həqiqi rəqəmləri dəfələrlə azaldaraq gizlədir.
Qeyd edək ki, Azərbaycanın şanlı ordusu düşmənə qarşı əməliyyatları uğurla davam etdirir.






























