globallookpress.com

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) təcili iclasını çağırıb.

Bu baradə Ukrayna başçısının ofisindən məlumat verilib.

Qapalı iclas ölkənin milli təhlükəsizlik və müdafiəsinə qarşı yeni təhdid və problemlərə təxirəsalınmaz lazımi reaksiyası üçün keçiriləcək.

Bildirilir ki, son zamanlar ölkədə bəzi subyektlərin “Ukraynada dövlət idarəsində korrupsiya və istənilən qeyri-şəffaflığa qarşı sıfır tolerantlıq nəzərdə tutan ictimai sazişin əsas hissələrini” yenidən gözdən keçirməyə çalışmasının əlamətləri peyda olub.

Prezident MTMŞ üzvlərinə ölkənin milli təhlükəsizliyində əmələ gəlmiş vəziyyəti müzakirə etməyi və müvafiq qərarlar qəbul etməyi təklif edəcək”, – deyə əlavə edilib.