Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanda 1 noyabrdan əhalinin 4 aylıq – noyabr, dekabr, yanvar və fevral ayları üçün kommunal xərcləri qarşılanacaq.

Bu barədə Gürcüstan Baş naziri Giorgi Qaxariya bildirib.

200 kVt-lıq elektrik enerjisinin ödənməsi 1,2 milyon ailəni, 200 kub metrlik qaz hesablarının ödənişi isə 650 min ailəni əhatə edəcək”, – deyə o qeyd edib.

Qaxariya əlavə edib ki, bu yardıma ehtiyacı olmayanlar ərizə ilə ondan imtina edə bilərlər.

Onun sözlərinə görə, qlobal böhranın fonunda “biz vətandaşlarımızın yaxın aylarını – buna ən çox ehtiyac olan dövrlərini asanlaşdıracağıq”.

Gürcüstan Baş naziri bildirib ki, bu, hökumətin 3-cü anti-böhran dalğası çərçivəsində atılan addımlardır.

O deyib ki, dəstək su və təmizlik pullarını da əhatə edəcək.