
Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) Qarabağ münaqişəsi tərəflərini vəziyyətin dinc yolla həlli üzrə danışıqların dərhal başladılmasına çağırır.
Bu barədə Aİ rəsmisi bildirib.
Bəyanatda qeyd edilir ki, Aİ Rusiya, Fransa və ABŞ vasitəçiliyi ilə əldə edilmiş 3 atəşkəs sazişindən sonra da Qarabağda döyüşlərin davam etməsini məqbul hesab etmir.
Xatırladaq ki, hər yeni humanitar atəşkəsdən sonra işğalçı Ermənistan rejimi və onun havadarı olan qondarma Dağlıq Qarabağ rejimi hərbi, xüsusilə də mülki obyektlərə xain zərbələr endirməklə bu sazişləri pozub.






























