Makron Fransada COVID vəziyyətin pisləşdiyini dedi: “Gözləmirdik…”

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Fransada koronavirus olduqca sürətlə yayılır.

Bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.

O deyib ki, bu cür yayılma tempini “heç ən pessimist proqnozlarda belə” gözləmirdilər.

Makron qeyd edib ki, hazırda bütün regionlar təhlükəli vəziyyətin astanasındadır. Həftə ərzibdə yoluxanların sayı əhali sayına nisbətdə iki dəfə artıb.

O əlavə edib ki, virusun yayılmasına mane olmaq üçün 30 oktyabrdan 1 dekabradək ölkədə ümumxalq karantin qüvvədə olacaq.

Makron Avropa İttifaqının daxili sərhədlərinin açıq qalacağını bildirib.

Xatırladaq ki, Fransada indiyədək 1 279 384 yoluxma qeydə alınıb, 35 820 insan dünyasını dəyişib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş