Az.shafaqna.com xəbər verir ki, “Əsaib Əhlulhəqq” hərəkatının rəhbərlərindən olan Cavad Əl Talibavi İraq Hizbullahı batalyonlarının qərargahına hücumu odla oyun adlandırıb.

Əl Talibavi bu hücumun veriləcək cavabın nəticələrinin məsuliyyətinin qarşı tərəfdə olduğunu bildirib.

İraq parlamentində “Hikmət” fraksiyasının nümayəndəsi Həsən Fədəm də bu hücumu pisləyərək “Haşdi Şabi” qüvvələrinin qərargahına basqın və bu qüvvələrdən bir qrupunun həbs olunması təhrikedici hərəkətdir və onun axırı yaxşı olmayacaqdır.”, -deyə əlavə edib.

İraqda sosial şəbəkələrdə bu hücum geniş müzakirələrə səbəb olub.

Bir gənc sosial şəbəkə qrupu  tvitter “Bizim mübarizlərimiz bizim qırmızı xəttimizdir!” kimi haştaqları trend etməklə “Haşdi Şabi” qüvvələrinə öz dəstəyini elan ediblər.

Qeyd edək ki, bu gün ABŞ Ordusu səhər tezdən 40 zirehli avtomobil və Amerikanın nəzarəti altında olan İraqda terrorizmlə mübarizə qüvvələrinin dəstəyilə İraq Hizbullahı batalyonlarının Bağdadın Əldurə bölgəsində yerləşən qərargahına hücum edib. Onlar bu basqında “Kətaib Hizbullah” üzvləri və komandirlərindən azı on üç nəfəri həbs edib.

Bu hərəkət “Haşdi Şabi” qüvvələrinin reaksiyası ilə üzləşib və onlar Bağdadın Yaşıl Bölgəsinə daxil olub.

Qeyd edək ki, təsdiqlənməmiş məlumata görə, artıq həbs olunanlar azad olunublar.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin