Filippində seçkilər zamanı baş verən olaylarda 19 nəfər ölüb

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Filippində bələdiyyə seçkiləri zamanı baş verən zorakılıq aktları nəticəsində 19 nəfər həyatını itirib.

Filippin Seçki Komissiyasının sözçüsü Rex Laudiangco ”CNN Filippin”ə verdiyi müsahibədə bildirib ki, 28 avqust və 30 oktyabrda keçirilən iki mərhələli seçkilər zamanı 29 zorakılıq aktı qeydə alınıb.

Laudiangco olayların əsasən Banqsamoro Muxtar Bölgəsində və Bicol bölgəsində baş verdiyini bildirib.
Filippində 2020-ci ildə keçirilməsi planlaşdırılan bələdiyyə seçkiləri iki dəfə təxirə salınıb.

Bu məqaləni paylaş