Az.shafaqna.com xəbər verir ki, işğalçı Ermənistan rejiminin ilk prezidenti Levon Ter-Petrosyanın 2017-ci il mart ayında dedikləri çin çıxır.

O, BMT sənədlərində Azərbaycanın işğal edilmiş torpaqları kimi göstərilən Dağlıq Qarabağ ətrafındakı rayonların qətnamələrə uyğun şəkildə Azərbaycana qaytarılmalı olduğunu bildirmişdi.

Ter-Petrosyan bu məsələnin ATƏT-in Minsk qrupu tərəfindən həll edilməli olduğunu demişdi.

Əgər biz bunu (torpaqların qaytarılmasını) könüllü şəkildə etməsək, bir gün torpaqları sanksiyalarla geri alacaqlar”, – deyə Ter-Petrosyan əlavə etmişdi.

Rejimin sabiq prezidentinin sözlərinə görə, heç kəs Azərbaycan torpaqlarının işğalda qalmasına imkan verməz.

Həmçinin o, qeyd etmişdi ki, Ermənistan “erməni ictimaiyyətini ağrılı və çətin, lakin zəruri qərarlara hazırlamalıdır”.

Ter-Petrosyan o zaman demişdi ki, əgər o zamankı rejim başçısı Serj Sarkisyan bu yolla getsə, özü “onun yanında duracaq”.