AFP

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, əgər Hindistan kəşmirlilərə BMT TŞ qətnamələrinə uyğun olaraq öz müqəddəratını təyin etmək hüququnu versə və mübahisəli regionun “hərbi blokadasını” ləğv etsə, Pakistan sülhə hazırdır.

Bunu Pakistan Baş naziri İmran Xan bildirib.

O qeyd edib ki, İslamabad Hindistanın Cammu və Kəşmirdə yaratdığı “terror səltənətini” gözardı etməyəcək.

Xan xatırladıb ki, hələ 2018-ci ildə hökumətin başına keçəndən dərhal sonra Hindistana sülh təklif edərək, Hindistan tərəfinin istənilən sülh təşəbbüsünün qarşılığında 2 addım atacağına söz verib.

Lakin Hindistan sülh addımlarının əvəzinə, 2019-cu il 5 avqustda Kəşmirdə “ədalətsizliyin” yeni mərhələsinə qədəm qoydu.

Pakistan Baş naziri bildirib ki, Hindistan təhlükəsizlik qüvvələrinin 900 minə yaxın əməkdaşı 8 milyon kəşmirlini mühasirəyə aldı.

O qeyd edib ki, Kəşmirin Hindistan nəzarətindəki hissəsinin əhalisi hazırda açıq səma altındakı həbsxanada yaşayır.