(Photo | AP)

Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, İngiltərənin “Liverpul” komandası Çempionlar Liqasının ikinci turunda Danimarkanın “Midtyullanna”-ya qarşı oyunda öz tarixinin 10 mininci qolunu vurub.

Qolun müəllifi portuqaliyalı futbolçu Dioqu Jota olub.

Liverpulda baş tutan görüş 2:0 hesabı ilə bitib.

“Liverpul” növbəti turda “Atlanta” ilə qarşılaşacaq.

Xatırladaq ki, sözügedən komanda 1892-ci ildə qurulub. 10 000 qola çatmaq üçün “qırmızılara” 5 753 matç lazım olub.