
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 663 yeni yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Az.shafaqna.com xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 51 149 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 41 693 nəfər müalicə olunaraq sağalıb, 688 nəfər vəfat edib, aktiv xəstə sayı 8 768 nəfərdir.
Ölkədə son sutka ərzində 9700, hazırkı dövrədək isə 1308048 test aparılıb.

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 81.51 faizi sağalıb, 17.14 faiz isə aktiv xəstə var. Ölkə üzrə ümumi yoluxanların – yəni 51 149 nəfərin 1.35 faizi (688 nəfər) dünyasını dəyişib.






























