Az.shafaqna.com “Rossiya 24”-ə istinadən xəbə verir ki, Rusiya Liberal Demokrat Partiyası (RLDP) lideri Vladimir Jirinovski hesab edir ki, pandemiyaya görə Şengen zonası yox olacaq və Avropa dövlətləri adi sərhəd rejimlərinə geri dönəcək.

Şengen zonası yox olacaq, çünki Avropa ölkələrinin sakinlərinə bir Avropa ölkəsindən olan insanın digərinə yoluxucu xəstəlik gətirməsi sərfəli deyil. Buna görə də, çox güman ki, adi sərhəd rejimlərinin bərpası olacaq”, – deyə o bildirib.

Avro da, çox güman ki, yox olacaq. Qoy hər ölkədəki insanlar öz valyutalarından istifadə etsinlər ki, təsir olmasın”, – deyə Jirinovski əlavə edib.

Onun fikrincə, pandemiya ilə bağlı yüksək təhlükəyə görə bu tədbirlər məcburidir.