Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş qondarma Dağlıq Qarabağ rejimi böyük itkilər verməyə davam edir.

Qondarma rejim bu gün daha 35 əsgərinin məhv edildiyini etiraf edib.

Beləliklə də, separatçı rejim 27 sentyabrdan indiyədək 1008 əsgərinin öldüyünü rəsmi şəkildə açıqlayıb.

Xatırladaq ki, qondarma rejim, əslində, həqiqi rəqəmləri dəfələrlə azaldaraq gizlədib.

Qeyd edək ki, Azərbaycanın şanlı ordusu düşmən işğalındakı torpaqlarını uğurla azad etməyə davam edir.