Az.shafaqna.com “Lenta”-ya istinadən xəbər verir ki, UFC prezidenti Dana Vayt irlandiyalı MMA döyüşçüsü Konor Makqreqorun gələcəyi ilə bağlı öz versiyasını səsləndirib.

O, Makqreqoru dünyanın ən yaxşı döyüşçülərindən biri adlandırıb.

Onunla indi nə baş verir? Çoxlu pul qazandıqda idmançılarla nə baş verirsə, o”, – deyə o qeyd edib.

Vayt deyib ki, idmandan getdiyini elan etməsinə baxmayaraq, hazırda Makqreqor bir neçə döyüşünün qaldığı mərhələdədir.

Əgər gələn il kiminləsə döyüşmək istəsə, təəccüblənmərəm”, – deyə UFC prezidenti bildirib.

Xatırladaq ki, Makqreqor 7 iyun tarixində idmandan getdiyini elan edib. O, bundan öncə 2016 və 2019-cu illər də oxşar bəyanatla çıxış etsə də, sonradan öz fikrini dəyişib.