Ermənistan hücumu nəticəsində Daşkəsəndə meşə yanğını başlayıb – VİDEO

118
0

Ermənistan qoşunları humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Daşkəsən rayonuna hücum edib.

Az.shafaqna.com-un məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, nəticədə meşə yanğını başlayıb:

“Fövqəladə hallar xidməti yanğının qarşısının alınması və Ermənistanın ekoloji terrorunun fəsadlarının azaldılması üçün işlər aparır. Xoşbəxtlikdən mülki şəxslər arasında itkilər qeydə alınmayıb”.